Yuxarı

İsrail son anda İranı vurmaqdan niyə imtina edib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimon Peresin sayəsində İsrail Baş naziri Benyamin Netanyahu İranın nüvə obyektlərinə aviazərbələr endirməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Yerusəlim Post" qəzeti yayıb. Məqalə müəllifi bu haqda informasiyanı iki il əvvəl Şimon Peresdən öyrəndiyini, lakin eks-prezidentin bu məlumatı yazmağı qadağan etdiyini bildirib:

"Peres bizə Netanyahunu İrana zərbə endirmək fikrindən daşındırdığını dedi. O, Netanyahuya bunun nəticələrinin fəlakətli olacağını bildirdi. Biz ondan soruşanda ki, bunu yaza bilərikmi, o, yalnız "mən öləndən sonra" cavabını verdi".

Qeyd edək ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib.

2010-ci ildə Netanyahu və o zamankı müdafiə naziri Ehud Barak İrana hücum etmək istəsələr də, ordu və xüsusi xidmət orqanlarının rəhbərləri buna etiraz ediblər. Bu işdə xüsusilə İsrail Baş Qərargah rəisi Qabi Aşkenazi və MOSSAD-ın rəhbəri Meira Daqana fərqləniblər.

Tarix
2016.09.30 / 11:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla