Yuxarı

Dilqəm ad gününü Şuşada qeyd edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun doğum günüdür.

Erməni girovluğunda olan Dilqəm 57 yaşına qədəm qoyur.

Sahib Musayev azvision.az-a açıqlamasında ötən gün qardaşından məktub aldığını deyib:

"Qardaşım məktubu ilk dəfə rus dilində yazıb. Məktub cəmi 3 cümlədir: "Salam, salam və hər kəsə salam deyin". Bu gün onun anadan olduğu gündür. Ömrünün 56-ci baharına yağı zindanında əlvida deyir. 54 və 55-ci ad günlərini də girovluqda keçirib".

Qardaşından Dilqəmin ad günü ilə bağlı təsirli sözlər: "Qaranlıq və məşəqqətli 1167 günlük girov həyatı! Bizim 2 yağı tutub onu dəyişməyə gücümüz çatmır. Səni bu günə kimi düşmən zindanı sındıra bilməyib. Bir az da döz! Allah kərimdi. Ad günün mübarək qardaş!!! Bu dağlar ulu dağlar. Çeşməli sulu dağlar. Bir igid dara düşüb. Göy kişnər bulud ağlar!"

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma "məhkəmə"nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Onların Şuşa həbsxanasında saxlanıldığı bildirilir.

Tarix
2016.09.30 / 12:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla