Yuxarı

Qazaxıstan: "Azərbaycana minnətdarıq"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qazaxıstanda təxminən 10 min azərbaycanlı yaşayır və 16 müxtəlif Azərbaycan mərkəzi fəaliyyət göstərir. Qazaxıstanda azərbaycanlıların öz mədəniyyəti və ənənələrini qoruyub saxlaya bilməsi üçün hər cür şərait yaradılıb.

Report xəbər verir ki, bunu Bakıda "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin üzvləri ilə görüşdə Qazaxıstanın dövlət katibi Gulşara Abdıkalikova deyib.

İkitərəfli münasibətlərdən danışan G.Abdıkalikova Azərbaycan və Qazaxıstanın TürkPA, TÜRKSOY, ATƏT və BMT kimi müxtəlif beynəlxalq təşkilatlarda məhsuldar əməkdaşlıq etdiyini bildirib.

"Qazaxıstan 2017-2018-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan bizi bütün səviyyələrdə dəstəkləyib, buna görə də Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür edirik", - deyə o qeyd edib.

Öz növbəsində, Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev görüşdə çıxış edərək Azərbaycan və Qazaxıstanın bu gün beynəlxalq ictimaiyyətin hörmətli üzvləri olduğunu bildirib. "Bir çox şeyləri sıfırdan etmişik. Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan və Qazaxıstanla hesablaşırlar. Böhrana baxmayaraq, bu problemi aradan qaldıracağımıza və müstəqilliyimizin 25-ci ildönümünü layiqli şəkildə qeyd edəcəyimizə əminəm", - deyə o vurğulayıb.

Görüşün sonunda Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə, G.Abdıkalikova "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyəti tərəfindən fəxri diplomla təltif edilib.

Tarix
2016.09.30 / 12:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla