Yuxarı

Manaf Ağayev məhkəmədə ifadə verəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Real MTK-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib. İ. Qasımov özünü təqsirli bilmədiyini, buna görə də ifadə vermək istəmədiyini deyib.

İclasda zərərçəkmiş şəxs qismində Mehriban Hüseynova ifadə verib. O bildirib ki, qiyməti 72 min manat olan evi almaq üçün İ. Qasımova 53 min manat ödəyib. Lakin sonradan Real MTK-nın vəziyyətinin yaxşı olmadığını görüb, evi satmaq qərarına gəlib və İ. Qasımova bu barədə məlumat verib. İ. Qasımov isə evi başqasına satıb, amma onun pulunu verməyib. M. Hüseynova ona dəymiş ziyanın ödənildiyini, hər hansı şikayətinin olmadığını bildirib.

Digər zərərçəkmiş Sahib Muradov da ev almaq üçün 76 min manat pul verdiyini, sonradan evin İ. Qasımov tərəfindən satıldığını, pulu isə ala bilmədiyini deyib. O, dəymiş ziyanın ödənilməsini də istəyib.

Proses oktyabrın 7-də davam edəcək.

Qeyd edək ki, İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Bu iş üzrə müğənni Manaf Ağayev də şahid kimi dindiriləcək.

İ. Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Tarix
2016.09.30 / 13:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla