Yuxarı

Kamal Abdulla rektorlarla görüşdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müaşviri akademik Kamal Abdullayev V Bakı Beynəlxalq Humanitar Forumunun qonaqları olan İtaliya universitetlərinin rektor və bu universitetlərin tədris şöbələrinin müdirləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə İtaliyanın Link Kampus Universitetinin prezidenti Vincenzo Scotti, həmin universitetin Erasmus proqramı üzrə əlaqələndiricisi Alessandro Figus, Genuya Universitetinin təhsil departamentinin müdiri Guido Franco Amoretti, Link Kampus Universitetinin baş katibi və başqaları iştirak edib.

Dövlət müşviri Kamal Abdullayev ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti, dövlətin bu istiqamətdə ölkəmizdə yaşayan etnik azlıqların hüquqlarının bərabər şəkildə qorunması, bütün dini konfessiyalara bərabər imkanların yaradılması haqda informasiya verib. Dövlət müşviri bildirib ki, hazırda İtaliya da daxil olmaqla dünyanın 20-dən artıq universitetində Azərbaycan multikulturalizm modeli bir fənn kimi öyrənilir, bu fənni uğurla keçən tələbələr üçün ölkəmizdə yay və qış məktəbləri təşkil olunur.

Çıxış edən qonaqlar ümumilikdə dünyada mövcud olan multikulturalizm modellərinin öyrənilməsinə böyük maraq göstərdiklərini bildiriblər. Azərbaycan multikulturalizminin də özəl bir model kimi öyrənmək istədiklərini ifadə ediblər. Rəhbərlik etdikləri universitetlərdə yaxın gələcəkdə "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlamaqla bağlı Bakı Beynəlxalq Multikultralizm Mərkəzi ilə anlaşma memorandumunun imzalanması təklifini irəli sürüblər.

Bundan əlavə yaxın vaxtlarda çap olunacaq "Azərbaycan multikulturalizmi" fənninin dərsliyinin İtaliyada çap etmək istədiklərini də dilə gətiriblər.

Tədbirin sonunda akademik Kamal Abdullayev müəllifi olduğu "Yarımçıq əlyazma" romanının İtaliya nəşrlərini qonaqlara təqdim edib.

Tarix
2016.09.30 / 14:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla