Yuxarı

Rus zabitdən şok etiraf: “Cavad Xanın arvadı...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə xanı Cavad Xan Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir.

Axar.az Gəncənin işğalında iştirak etmiş rus zabitinin Cavad Xanın həyat yoldaşı ilə bağlı xatirəsini təqdim edir:

"Əgər Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o, qəhrəman tatar (azərbaycanlı) xanın qəhrəman zövcəsinin qılıncından salamat qalmayacaqdı. Əsgər araya girmiş, endirilmiş qılınc ona dəymişdi. Bu hadisədən sonra Sisianov dərhal çölə çıxıb, lakin rəngi qaçıb. Mən tatar arvadının əynində çərkəzi paltar, üstündə xəncər, əlində ərinin qılıncını gördüm. Qılınc tanış idi. Onun zəhmli əri o qılıncla mənə zərbələr endirmişdi, xanın qılıncı atraksionlar kimi oynayırdı, daha doğrusu, elə bil, rəqs edirdi. Mən onun "oyun"una dözə bilmədiyimi hər dəqiqə hiss edirdim və buna görə də əsgərlərdən birini məni əvəz etməyə çağırdım, özüm "oyun"dan çıxdım...

İgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə başsağlığı verməyə gəldik. O, başdan-ayağa qara paltarda idi, bizə qatil kimi baxırdı. Buna onun haqqı vardı. Biz ona pul təklif etdik. O, cavab verməyə tələsmədi, yanındakı qızı çağırıb nəsə dedi. Qız dərhal yan otağa keçdi. Əlində bir kisə ilə qayıdıb gəldi. Bu, pul kisəsi idi. Xanın arvadı kisəni götürüb generalın qarşısında dayandı və düz onun gözlərinin içinə baxıb astaca nəsə dedi. Birdən dəhşət baş verdi, o, gözlənilmədən pul kisəsini generalın üzünə çırpdı. Qızıl onluqlar Pavel Dmitriyeviçin alnına, gözünə, burnuna, ağzına dəyib ayaqlarına töküldü. General başını aşağı əyib yerə tökülmüş qızıl pullara acgözlüklə baxanda, xanım mənalı bir tərzdə nifrətlə gülümsədi. General azdan-çoxdan qafqazlı adətinə bələd olduğu üçün Bəyim xanıma cavab vermədi, əlindəki pulu qaytarıb cibinə qoydu, qapıdan çıxanda nə isə fikirləşib geri qayıtdı, astanada dayanıb həmin pulları səpələdi, qadın pullara baxmadı, onları ayaqladı..."

Qeyd edək ki, bu xatirəni Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Mobil Vəkiloğlu Feysbuk səhifəsində paylaşıb.

Tarix
2016.09.30 / 17:42
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla