Yuxarı

Ziyafət Əsgərov italiyalı senatorları qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 30-da Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İtaliya parlamentinin senatorları və deputatlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını Milli Məclisdə salamlayan I vitse-spiker dövlətlərarası və beynəlxalq münasibətləri möhkəmləndirmək üçün bu tədbirin yaxşı platforma olduğunu vurğulayıb. Ölkəmizdə İtaliya ilə əməkdaşlığa önəm verildiyini dedi. İqtisadi, ticarət və humanitar əlaqələrin daha da dərinləşməsinə tərəfdar olduğumuzu nəzərə çatdırıb.

Azərbaycan prezidentinin İtaliyaya səfərləri zamanı bir sıra sənədlərin imzalandığını qeyd edən Ziyafət Əsgərov bildirib ki, Milli Məclis qanunvericilik fəaliyyətində həmin münasibətlərin hüquqi bazasını möhkəmləndirməyə çalışıb. Parlamentlərarası əlaqələrimiz inkişaf edir və İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupumuzda 24 deputat təmsil olunur.

Görüşdə İtaliya Senatında Maliyyə işləri üzrə komitənin sədri senator Mauro Mariya Marino Milli Məclisin deputatı Azər Kərimlinin rəhbərlik etdiyi işçi qrupla sıx əlaqələrin qurulduğunu söyləyib. Öz ölkəsində Azərbaycanla münasibətlərin inkişafına strateji baxımdan böyük əhəmiyyət verildiyini deyib. Təmsil etdikləri İtaliya parlamentinin hər iki palatasında Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünün və ədalətli mövqeyinin dəstəkləndiyini xüsusi vurğulayıb. Qonaq Bakıdakı Humanitar Forumla bağlı xoş təəssüratlarını bölüşüb. Çoxşaxəli əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq aləmdəki münasibətdən, nüfuzlu təşkilatlarda qəbul olunmuş qətnamələrdən söz açan Ziyafət Əsgərov ATƏT-in üzvü və sivil dövlət olaraq İtaliyanın bu problemin həllinə dəstəyini artırmasını arzulayıb. Ölkələrimiz arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrdən danışaraq Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada həyata keçirilən layihələri qeyd edib. Əməkdaşlığın inkişafı üçün çox yaxşı perspektivlər olduğunu deyib. Azərbaycanın regiondakı iqtisadi mövqeyi və yaxın gələcəkdəki imkanları barədə danışıb.

Fikirlərini bölüşən qonaqlardan xanım deputat Kristina Barcero vurğulayıb ki, Azərbaycandakı tolerantlıq və multikultural ənənələr demokratiyanın göstəricisidir. Sonra Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov italiyalı senatorları və deputatları maraqlandıran bir sıra sualları cavablandırıb.

Görüşdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və İtaliyanın ölkəmizdəki səfiri Canpaolo Kutillo iştirak edib.

Tarix
2016.09.30 / 20:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gündən etibarən...

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla