Yuxarı

Vasif Talıbov Alpər Coşqunla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmail Alpər Coşqunla görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Ali Məclisin Sədri səfirin ölkəmizdəki diplomatik fəaliyyətini uğurla başa çatdırdığını, ötən dövrdə hər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiyini bildirib. Azərbaycan-Türkiyə əlaqələrinin soykök və ortaq dəyərlər üzərində qurulduğunu bildirən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı münasibətlərin əhəmiyyətini vurğulayıb.

Ali Məclisin Sədri qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Naxçıvanda olmaqdan məmnunluğunu bildirən İsmail Alpər Coşqun Türkiyə-Azərbaycan əlaqələrindən danışıb, göstərilən xoş münasibətə və fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlıq edib.

Tarix
2016.09.30 / 22:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla