Yuxarı

Ərdoğan Rusiya ilə hərbi-siyasi ittifaq yaratdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonun Suriyada Rusiya-Türkiyə müharibəsi yaratma planı boşa çıxdı. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə qeyri-rəsmi hərbi-siyasi ittifaq yaradıb.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Manoy Ankara-Moskva əlaqələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ankara Suriyanın şimalında hərbi əməliyyatlara başlamadan öncə Moskva və Dəməşqin razılığını alıb:

"ABŞ Suriyada Rusiya və Türkiyə arasında müharibə yaratmağa çalışırdı. 24 noyabrda baş verən Su-24 böhranını xatırlayaq. Ancaq Vaşinqtonun bu planı iflasa uğradı. ABŞ bu dəfə 15 iyul dövlət çevrilişinə cəhd edərək Ərdoğanı taxtdan endirməyə çalışdı. Ancaq bu da alınmadı.

ABŞ-ın bütün bu uğursuz cəhdləri Ərdoğanın Rusiya ilə qeyr-rəsmi hərbi-siyasi ittifaq yaratmasına səbəb oldu.

Bu gün Türkiyə ordusu Suriyanın şimalındadır. Ankara Moskva və Dəməşqin qeyri-rəsmi razılığını aldıqdan sonra bu addımı atdı. Türkiyə yaxın Şərqdə Rusiyanın əsas müttəfiqi hesab oluna bilər".

Tarix
2016.09.30 / 22:11
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla