Nazirdən vaksinasiya ilə bağlı əmr
13:52
Ana səhifə Planet |
"Şarl de Qoll" hərbi gəmisindən qalxan "Rafale" qırıcılarının Mosuldakı İŞİD mövqelərini hədəf alması böyük əməliyyatın olacağıdan xəbər verir.
Axar.az xəbər verir ki, bunu Fransa Müdafiə naziri Jan Lves Le Drian deyib.
"Prezident Fransua Ollandın təlimatı ilə hərbi təyyarələrimiz bu gün Mosulda İŞİD-ə qarşı əməliyyat təşkil etdi. Sözügedən əməliyyatlar bölgədəki koalisiya qüvvələrini dəstəkləmək üçün idi. Mosulun İŞİD-dən alınması üçün çox yaxında genişmiqyaslı əməliyyatlara başlanılacaq", - Drian bildirib.
Qeyd edək ki, ötən il Parisdə baş verən silsilə terror aktlarından sonra Fransa İŞİD-ə qarşı aktiv hərbi əməliyyatlara başlayıb.
Tarix
2016.09.30 / 22:22
|
Müəllif
Kamran Ədalət
|