Yuxarı

Ay necə yaranıb? – Alimlər açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Con Hopkins Universitetinin alimləri Ayın milyard illər bundan əvvəl Yer kürəsinin iri göy cismi ilə toqquşması nəticəsində əmələ gəldiyini sübut ediblər.

Axar.az xəbər verir ki, qeoloqlar Yerin təki və mantiyasında seysmik fəallığı təhlil edərkən dəmir, silisium, oksigen və başqa kimyəvi elementlərdən ibarət yüzlərlə kilometr qalınlığında qat aşkar ediblər.

Alimlər içərisində bir-biri ilə qarışmayan mayelər, o cümlədən neft və su olan konteyneri təcrübədən keçiriblər. Aparılan 60 təcrübə ərzində onlar konteynerə toqquşmanın imitasiyası kimi, fizioloji məhlul, yaxud da etil spirti tökərək baş verən prosesləri müşahidə ediblər. Məlum olub ki, qarışma mayenin həcmindən və sıxlığından asılıdır. Bu isə o deməkdir ki, Yerin mantiyasında aşkar edilmiş qatların iri bir göy cismi ilə toqquşma nəticəsində formalaşdığı mümkündür.

Nəhəng toqquşma nəzəriyyəsinə görə, 4,5 milyard il əvvəl gənc Yer kürəsi Teya protoplaneti ilə toqquşub. Nəticədə Yerin mantiyasının və Teyanın bir hissəsi qoparaq yerətrafı orbitə sıçrayıb. Həmin bu qəlpələrdən proto-Ay formalaşıb.

Tarix
2016.09.30 / 22:31
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla