Yuxarı

Ürək xəstəliyinə daha çox kişilər tutulur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 15 ildə Mərkəzi Klinik Xəstəxanada ürəklə bağlı 11 mindən çox əməliyyat icra olunub.

Report-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev deyib.

O bildirib ki, əməliyyatların əksəriyyəti ürək-damar xəstəlikləri səbəbi ilə icra edilən koronal-şuntlama əməliyyatıdır:

"Bu da ürək əməliyyatının təxminən 60 faizini əhatə edir. Bu zamana kimi əməliyyat edilən ən cavan xəstənin 28, yaşlı xəstənin isə 90 yaşı olub. Ürək-damar xəstəlikləri kişilər arasında daha çox rast gəlinir. Ancaq qadınlarda müəyyən yaş dövründən sonra kişilərlə müqayisədə aradakı fərq aradan qalxır".

Ürək-damar xəstəliklərinin dünya və Azərbaycanda ölümə səbəb olan xəstəliklər sırasında öndə gəldiyini xatırladan baş həkimin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının hesablamasına görə, ötən il 17, 5 milyon insan məhz ürək-qan dövranı xəstəliklərindən həyatını itirib.

O, həmçinin əlavə edib ki, Azərbaycanda yenidoğulanlar arasında ürək qüsurları ilə bağlı statistikada artım yoxdur və mövcud tendensiya dünya ölkələrindəki göstərici ilə eynidir:

"Bu gün bir çox mərkəzlərdə yenidoğulmuşların kardioloji müayinə və müalicəsində, həm də ən ciddi əməliyyatlarda irəliləyişlər əldə olunur. Təbii ki, bu əməliyyatlardan sonra müəyyən ağırlaşma faizləri olur. Keçən ilin statistikasına əsaslanaraq demək olar ki, Azərbaycandakı göstərici dünya rəqəmləri ilə eynilik təşkil edir. Mərkəzi Klinik Xəstəxanada bu tip əməliyyatlar 1 faiz risklə icra olunur".

Tarix
2016.10.01 / 15:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla