Yuxarı

Alman alim Azərbaycan həqiqətlərindən danışdı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 1-də Nardaran Bilik Evində Beşinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Osvald fon Volkenstayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin və Bakı Slavyan Universitetinin nəzdindəki Germanistika İnstitutunun professoru xanım Ziqlinde Hartman "Azərbaycan multikulturalizminin üfüqləri" mövzusunda mühazirə oxuyub. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilib.

Bilik Fondundan Axar.az-a bildiriblər ki, görüşdə fondun aparat rəhbəri, professor İsaxan Vəliyev Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə keçdiyini, Prezident İlham Əliyevin açılış nitqinin qonaqlarda xoş təəssürat yaratdığını vurğulayıb. Aparat rəhbəri "Kitabi-Dədə Qorqud" dastanının alman dilinə tərcüməsindən danışıb. O, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin fikirlərini xatırladıb: "Bu, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının dünyaya təqdim formalarından biridir".

İ.Vəliyev Z.Hartmanın Azərbaycan həqiqətlərinin Avropada yayılmasında, tarix və mədəniyyətimizin təbliğində, xüsusilə "Kitabi-Dədə Qorqud" dastanının alman oxucularına çatdırılmasında xidmətlərini qeyd edib.

Nardaran Bilik Evinin və 295 nömrəli orta məktəbin direktoru, Milli Məclisin deputatı Dilarə Cəbrayılova Azərbaycan-alman dostluğunun tarixindən danışıb, maraqlı mühazirə və yaddaqalan görüşə görə fonda və alman alimə minnətdarlığını bildirib.

Z.Hartman Bilik Fondu tərəfindən keçirilən, xalqın marağına səbəb olan çoxlu sayda layihələrin əhəmiyyətini vurğulayıb.

Qəsəbə sakinləri, müəllim və şagirdlər alman aliminin fikirlərini maraqla dinləyiblər. Onların sualları cavablandırılıb.

Tarix
2016.10.01 / 18:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla