Yuxarı

Türkiyə səfirinin diplomatik missiyası başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı səfirliyində səfir İsmayıl Alpər Coşqunun diplomatik missiyasının başa çatması münasibəti ilə qəbul keçirilib.

Report xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tədbirdə çıxış edərək bildirib ki, İsmayıl Alpər Coşqun 1988-ci ildə karyerasına başlayıb və öz işində bir sıra yüksək zirvələri fəth edib. O, həmkarına gələcək fəaliyyətində uğur arzulayıb və bütün həmkarları adından hədiyyəni təqdim edib.

İ.A.Coşqun isə öz növbəsində bildirib ki, diplomatın həyatının ağır anlarından biri də ölkəylə, dostlarla vidalaşmadır. O qeyd edib ki, Bakıda diplomat işi ən böyük məsuliyyəti tələb edir, bu, həmçinin böyük imtiyazdır.

Səfir Azərbaycan rəhbərliyinə və həmkarlarına Bakıdakı diplomatik missiyasında göstərdikləri köməyə görə təşəkkür edib.

Xatırladaq ki, İ. A. Coşqun 2012-ci ildə Azərbaycana səfir təyin edilib.

Tarix
2016.10.01 / 19:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla