Yuxarı

"Neftçi" nəhayət qələbə qazandı - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:09

Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, Sumqayıtın eyniadlı komandası AZAL-la üz-üzə gəlib. Matç qollu heç-heçə ilə başa çatıb. Mövsümün startından indiyədək qalibiyyət sevinci yaşamayan çempionatın autsayderi AZAL bu oyunda da bir xalla kifayətlənməli olub.

Belə ki, qarşılaşmada hesabı AZAL futbolçuları açıb. İlqar Ələkbərov 9-cu dəqiqədə başı ilə topu qapıya yönəldib. İlk hissə qonaqların 1:0 üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə hücumlarını artıran meydan sahibləri 83-cü dəqiqədə istəyinə çatıb. Mirabdulla Abbasov baxımlı zərbə ilə topu doqquzluğa göndərib-1:1. Qalan vaxtda komandaların heç biri fərqlənə bilməyib.

Beləliklə, 8 xalı olan "Sumqayıt"ın dördüncü pillədəki mövqeyi dəyışməyib. AZAL isə turnirin sonuncusu olmaqda davam edir.

22:29

Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, günün son matçında "Neftçi" "Kəpəz"i qəbul edib. Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da keçirilən qarşılaşma paytaxt klubunun hücumları ilə başlayıb. Oyunun 14-cü dəqiqəsində Denilson Pereyra gəncəlilərin qapısından ilk topu keçirib. Katalin Tira isə oyunun sonuna əlavə olunmuş vaxtda hesab arasındakı fərqi artırıb - 2:0.

Beləliklə, "Neftçi" cari mövsümdə ikinci qələbəsini qazanaraq 6 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.

Tura sabah keçiriləcək "Qəbələ" – "Qarabağ" oyunu ilə yekun vurulacaq.

Tarix
2016.10.01 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla