Yuxarı

Avropa bundan əziyyət çəkir - Əl-Huraici

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

V Bakı Beynəlxalq Humanitar Forumunda miqrant problemlərinin həlli istiqamətində mühüm məsələlərə toxunulub.

Azərtac xəbər verir ki, bu sözləri Küveyt Milli Assambleyasının üzvü Səud Əl-Huraici deyib.

Forumda iştirakından məmnunluğunu bildirən S.Əl-Huraici miqrant probleminin hazırda bütün dünyanı düşündürən əsas mövzulardan biri olduğunu söyləyib.

Səud Əl-Huraici qeyd edib ki, beynəlxalq ictimaiyyət bu məsələdə səyləri genişləndirməli, problemin sülh yolu ilə həlli üçün siyasi və diplomatik proses sürətləndirilməlidir.

"Son illər miqrant problemi qlobal səviyyəyə çatıb. Bir çox Avropa ölkələri bundan əziyyət çəkir. Ümid edirik ki, bu forum bizi arzuolunan hədəflərə çatdıracaq. Forumun və forum çərçivəsində keçirilən "dəyirmi masa"ların iştirakçıları öz çıxışlarında vacib məsələlərə toxunub və çox faydalı təkliflər irəli sürüblər. Düşünürəm ki, Azərbaycan belə bir forumu keçirməklə, dünyadakı mövcud problemlərin həllinin sürətləndirilməsinə öz töhfəsini verir", - deyə S.Əl-Huraici vurğulayıb.

Tarix
2016.10.01 / 21:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla