Yuxarı

Bu məndə xoş təsir oyatdı - Enqida Qetaçyu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə YUNESKO arasında əlaqələr yüksək səviyyədədir. Biz birlikdə işləyir və çox sıx əməkdaşlıq edirik. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu əməkdaşlığın inkişafına dəstək verir.

Bu fikirləri Azərtac-a müsahibəsində V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən UNESCO-nun baş direktorunun müavini Enqida Qetaçyu bildirib.

E.Qetaçyu V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində birinci xanım Mehriban Əliyeva ilə keçirilən ikitərəfli görüşdə bir sıra mühüm məsələlərin müzakirə olunduğunu söyləyib. Baş direktorun müavini bunu Azərbaycan ilə UNESCO arasında münasibətlərin səviyyəsinin çox yaxşı göstəricisi kimi qiymətləndirib.

Enqida Qetaçyu vurğulayıb ki, Humanitar Forum çox vacib və əhəmiyyətli beynəlxalq tədbirdir. Foruma müasir dünyanın problemlərini müzakirə etmək üçün siyasi və dini liderlər, elm xadimləri, beynəlxalq təşkilatların nümayəndələri toplaşıblar. Bu il əsas müzakirə mövzuları multikulturalizmin təbliği, qaçqınların problemlərinin həlli, yoxsulluğun aradan qaldırılması, ekoloji problemlər, müasir cəmiyyətdə medianın rolu və s. məsələlər oldu. Qeyd edilən problemlərin həllinə medianın verə biləcəyi töhfələrlə bağlı maraqlı diskussiyalar aparıldı.

UNESCO-nun baş direktorunun müavini Bakıya ilk dəfə səfər etdiyini bildirərək Azərbaycanın paytaxtının gözəlliyinə heyran qaldığını söyləyib:

"Şəhərin müasirliyi məndə xoş təsir oyatdı. Burada hər şey çox maraqlıdır. Bakıda olmağıma çox şadam. Azərbaycanlıların qonaqpərvərliyi çox xoşuma gəldi".

Tarix
2016.10.01 / 23:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla