Yuxarı

Ağır yol qəzası: Xəsarət alanlar var

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisində, Velədi kəndindən keçən hissəsində qeydə alınıb.

"Volksvagen" və "Lada Priora" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanaşı, qapalı kəllə beyin travması alan 1995-ci il təvəllüdlü, Lənkəran rayonu Səpnəkəran kənd sakini Xəlilov Ravil Rafail oğlu ilkin tibbi müalicədən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Digər xəsarət alanlar: Lənkəran şəhər sakini 1962-ci il təvəllüdlü Hüseynov Teymur Hüseyn oğlu, 1959-cu il təvəllüdlü, Lənkəran şəhər sakini Məmmədova Güllü Nəriman qızı, 1996-cı il təvəllüdlü, Səpnəkəran kənd sakini İbayev Amin abdultalıb oğlu yuxarı və aşağı ətraflarda yerdəyişən, qəlpəli sınıq diaqnozları ilə travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralılardan G.Məmmədova və A. İbayevin xəsarətləri daha ağır hesab edildiyindən onlar Bakı şəhərinə yola salınmaq üzrədir.

Qəzanın başvermə səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq bölməsi tərəfindən araşdırılır.

Tarix
2016.10.02 / 01:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla