Yuxarı

Sisianovun Gəncə ermənilərinə məktubu - Qisas

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il qəsbkar rus generalı Pavel Sisianovun qətlinin 210 ili tamam olur.

Axar.az xatırladır ki, 1803-cü ildə Cavad Xanla məktublaşan və ona "təslim ol" çağırışı edən Sisianov rədd cavabı aldıqdan sonra Gəncəyə irimiqyaslı hücum təşkil etməyi qərara alır. O, qəhrəman şəhərin - Gəncə əhalisinin müqavimətindən çəkinərək, hiyləyə əl atır və ermənilərə belə bir məktubla müraciət edir:

"Bütün Rusiya ordusu ilə Gəncə torpağına girərkən, hamınızı lütfkar rus hökmdarlarının adından əmin edirəm ki, Rusiya taxt-tacının müdafiəsi üçün qalxan hər kəs özünün və əmlakının təhlükəsizliyinə tam təminat alacaq, müsəlmanların soyğunçuluğundan, hər cür təqib və sıxışdırmalardan canınız qurtaracaq, sizə Gürcüstanın hər hansı bir guşəsində asudə yaşamaq hüququ veriləcək".

Onun bu hiyləsi özünü doğruldur. Təsadüfi deyil ki, Cavad Xanın ölümünə və Gəncənin işğalına səbəb olan Anodyan elə Cavad Xanın erməni arvadı Astığikin qardaşı idi.

1804-cü ildə xəyanət nəticəsində Cavad Xan öldürülür və Gəncə işğal olunur. Lakin Sisianovun bu vəhşiliyi cavabsız qalmır.

Tarixçi Sevda Süleymanova Sisianovun qətlinin hansı şəraitdə baş verdiyini belə açıqlayır:

"General Sisianov 1805-ci ildə "Kürəkçay müqaviləsi"ni imzalamaq üçün Azərbaycan xanlıqlarına müraciət edir. Qarabağ, Şəki, Şamaxı xanları müqaviləyə imza atsalar da, Bakı xanı Hüseynəli Xan bundan imtina edir. Sisianov 1806-cı ildə Hüseynəli Xanı razı salmaq üçün Bakıya yollanır. Lakin xanın əmisi oğlu İbrahim bəy Bakının açarları Sisianova təqdim edildiyi vaxt onu güllələyərək öldürür. Sonra isə başını kəsərək İrana, Abbas Mirzəyə aparıb təhvil verir. Ozamankı tarixi faktlara görə, Sisianovun başı Qoşa Qala qapısının önündə kəsilib".

Tarix
2016.10.02 / 10:30
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla