Yuxarı

Şeyx: "Dini müxtəliflik Azərbaycanın milli sərvətidir"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norması çərçivəində ədalətli həllinə səy göstərəcəyinizə ümidvarıq.

APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Roma Papası Fransisklə Azərbaycanda fəaliyyət göstərən dini icma liderlərinin görüşündə deyib. O bildirib ki, dünya katoliklərinin lideri kimi Papanın fəaliyyəti böyük diqqətlə izlənir:

"Sizin dünyanı narahat edən məsələlərə tənqidi münasibətiniz, miqrant problemi ilə bağlı qınağınız, terrorun səbəblərini pisləyərək İslam dininin adının terrorla yanaşı çəkilməsinə etirazınız, ksenefobiya hallarına qarşı qətiyyətli çıxışlarınız böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycanda yaşayan müxtəlif konfessiya nümayəndələri bütün yüksək səviyyəli tədbirlərdə olduğu kimi sizinlə də görüşə birlikdə gəlmişik. Bu, Azərbaycanın gerçəkliyi, bizim adi həyat tərzidir. Dini müxtəliflik Azərbaycanın milli sərvətidir.

Azərbaycan bəşəri dəyərlərə də ehtiram və qayğı ilə yanaşır. Dünyanın müxtəlif nöqtələrində Heydər Əliyev Fondunun prezidenti , ölkənin birinci xanımı Mehriban Əliyevanın nəcib təşəbbüsləri ilə tarixi dini abidələrə yeni həyat verilir. Vatikanda bu fondun xətti ilə həyata keçirilən işlər bu gün böyük əhəmiyyətə malikdir".

QMİ sədri deyi ki, Azərbaycan dini mədəniyət abidələrin, müqəddəs kitabların, din atributların hər hansı formada aşağılanmasının əleyhinədir:

"Təcavüz, terror və digər ekstremist əməllər nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların tezliklər öz torpaqrına qayıtması üçün dualar edir, bu kimi bəlalara düçar olmuş insanlara münasibətdə ədalətli və mərhəmətli olmağa çağırırıq. Nüfuzlu dini lider kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair səsələndirdiyiniz fikirləri həssaslıq və ehtiramla qarşılayırıq. Azərbaycan xalqı və dövləti hər zaman münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədaləti həllini istəyir. Münaqişəsjnin sülh yoluhəlli ilə bağlı dəfələrlə Ermənistanın dini lideri ilə bir araya gəlmişik. Birlikdə bəyan etmişik ki bu münaqişə dini münaqişə səciyyəsi daşımır".

Tarix
2016.10.02 / 20:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla