Yuxarı

Moskva İrəvanı silahlandırmaqla bərabər... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə Minsk Qrupu, nə də Ermənistan Azərbaycan qədər Dağlıq Qarabağ məsələsinin həllinə hazırdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Dağlıq Qarabağ ətrafında gedən proseslərin gedişatını dəyərləndirən politoloq vəziyyətin kifayət qədər mürəkkəb hal aldığını bildirib:

"Rusiya Ermənistanı sürətlə militaristləşdirməklə qalmır, üstəlik, separatçıları Moskvaya toplayır. Buna şərait yaradılırsa, deməli, separatçılara müəyyən dəstək də var. Digər tərəfdən isə Ermənistanın daxilində kifayət qədər çox mürəkkəb proseslər gedir. Hakimiyyətdaxili kadr dəyişikliyi, o cümlədən xarici işlər nazirinin dəyişilməsi gözlənilir. Görünən odur ki, nə Minsk Qrupu, nə də Ermənistan Azərbaycan qədər Dağlıq Qarabağ məsələsinin həllinə hazırdır".

Politoloq bildirib ki, aparıcı dövlətlər tərəfindən münaqişənin həllinə dair hər hansı bir fəallıq olsaydı, bu, hiss olunardı:

"BMT-nin 4 qətnaməsi, uzun illərdir sistematik şəkildə erməni tərəfi ilə aparılan danışıqlar kifayət deyilsə, onda aparıcı dövlətlər nə gözləyirlər? Bundan sonra hansı güzəştlərə getməliyik?"

Politoloqun sözlərinə görə, danışıqlar prosesi hələ gündəmdən çıxarılmayıb:

"Bakı danışıqlara hər zaman hazırdır, bununla yanaşı, hərbi potensialımız da kifayət qədər gücləndirilir. Çünki qarşı tərəf ancaq güc dili hesablaşmağa başlayıb".

Tarix
2016.10.03 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla