Yuxarı

Talışları kim qırıb: Nuru Paşa, yoxsa daşnaklar?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər çox axmaq və bölücü, həm də ləyaqətsiz bir mövzu ortaya atıblar. Sosial şəbəkələrdə müzakirə olunur deyə münasibət bildirmək məcburiyyətindəyəm.

Axar.az xəbər verir ki, bunu tanınmış jurnalist Şəmşad Ağa özünün Feysbuk hesabında bildirib.

Ş.Ağa bolşevik-daşnak ordusunun 31 Mart soyqırımı zamanı Azərbaycanın bütün bölgələrinədə ağlasığmaz qətliamlar törətdiyini qeyd edib:

"Bolşevik-daşnak ordusu 31 Mart soyqırımı zamanı Azərbaycanın bir çox şəhərlərində (Bakı, Quba, Şamaxı), həmçinin bu gün cənub bölgəsi adlandırdığımız Talış bölgəsində də dəhşətli qətliamlar həyata keçiriblər. Xüsusən, Lənkəranın kəndlərində bu qətliamlar ağlasığmaz vəhşiliklə törədilib. Bu qırğın bütövlükdə ölkədəki müsəlman əhaliyə qarşı yönəlmişdi.

Bu gün erməni və rusların qətlə yetirdiyi həmin şəxslərin bir çoxunun məzarı Sütəmurdov qəbiristanlığında var. Yaşlı nəslin nümayəndələri illər öncə bu dəhşətli hadisələr haqqında ürək ağrısı ilə danışardılar. Hətta Lənkəranın yuxarı kəndlərində qətliam o həddə olub ki, aşağı kəndlər Lənkərançayın (Vazarü) Sütəmurdov kəndi ərazisindən keçən hissəsində suyun qırmızı rəngə çaldığını görüblər.

Məlum olub ki, bolşevik-daşnak ordusu qırğının kütləvi olduğunu gizlətmək üçün əhalini qırıb çaya tökürmüşlər. Qırğının qarşısını almaq üçün Lənkəranın 10 yaxın ağsaqqalı, din xadimi aman diləmək üçün işğalçı ordu ilə danışığa gedir. Amma bolşeviklər onları da şəhid edirlər. Şübhəsi olanlar Sütəmurdov qəbiristanlığında həmin məzarlarlığa baxa bilərlər. Onu da deyim ki, bu qətliamda çoxsaylı lənkəranlı müsavatçı da şəhid olub.

Nuru Paşa özü ümumiyyətlə, Lənkəranda olmayıb. Qafqaz-İslam ordusu isə Camal Paşa (Camal cavuş) və Nuru adlı bir zabitlərin başçılığı ilə Lənkərana gəlib. Yerli əhali həmin Nuru adlı zabitə "Paşa" deyə müraciət edirmiş. Yəqin əhali həmin zabitin Nuru Paşa olduğunu zənn edirmiş. Məhz onun gəlişindən sonra qətliama son verilib, bolşevik-daşnak ordusu Lənkəranda məğlubiyyətə uğrayıb. Təəssüf ki, döyüş zamanı həmin Nuru adlı zabit də şəhid olub.

1918-ci ilin oktyabr ayının 30-da Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış Mudros müqaviləsinə görə, Nuru Paşa Azərbaycanı tərk etdi. Çünki sülh müqavilənin şərtlərinə görə Osmanlı dövləti məğlub tərəf kimi Birinci dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilməli idi.

Bu baxımdan Osmanlı ordusunun 1919-cu ildə "30 min talışı qırması" iddiası da cəfəngiyatdır, hansısa xarici qüvvələrin uydurması və ölkəmizə qarşı növbəti çirkin planının tərkib hissəsidir. Çünki Osmanlı ordusu 1918-ci ilin noyabr ayından artıq Azərbaycanı tərk etmişdi.

Həqiqət budur: 20-ci əsrin əvvəllərində bütün azərbaycanlılar kimi talışları da məhz müsəlman adı altında bolşevik-daşnak ordusu soyqırıma məruz qoyub.

Bu həqiqəti demək və yazmaq isə vicdan məsələsidir…"

Qeyd edək ki, sentyabrın 25-də Moskvada keçirilən postsovet respublikalarındakı separatçıların ikinci qurultayında iştirak edən Azərbaycandan olan separatçı dövlətimizin əleyhinə ciddi ittihamlar səsləndirib. Özünü talış xalqının himayəçisi kimi göstərən, əslində isə erməni pulu ilə qula çevrilən Fəxrəddin Aboszodə guya Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun bir neçə günə Azərbaycanda 30 min talışı qətlə yetirdiyini iddia edib.

Tarix
2016.10.03 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla