Yuxarı

DİN hərəkətə keçdi: mühafizəçini döydürən xanımın əri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mühafizəçini ölümcül döydürən "003" nömrə nişanlı "Renc Rover" avtomobilinin xanım sürücüsü ilə bağlı yeni faktlar ortaya çıxıb.

Bir neçə gün əvvəl Səbail rayonu ərazisində, Abşeron mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksinin mühafizəçisi bir qızın şikayəti ilə ölümcül hala salınması barədə xəbər vermişdi.

Axar.az kriminal.az-a istinadən xəbər verir ki, məlumata görə, cavan xanım sürücü idarə etdiyi "-- -- 003" dövlət qeydiyyat nişanlı son model "Renc Rover" markalı avtomobili yer olmadığından yaşayış kompleksinin həyətində saxlamaq istəyib. Lakin binanın mühafizəçisi ona icəzə verməyib. Həmin xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra "AA" dövlət nömrə seriyalı qara rəngdə "Mersedes" markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçi təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Məlumat yayımlanandan sonra məsələ Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Məlum olub ki, mühafizəçini döyən şəxs elə sifarişi verən qadının əridir.

Qadının əri hadisədən sonra həbs olunub.

Tarix
2016.10.03 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla