Yuxarı

Bakıda 47 bahalı maşın polisə aparıldı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə yol hərəkəti qaydalarının tələblərinə uyğun olmayaraq, mühərrikinin səsboğucularına müdaxilə edilməsi nəticəsində ətrafa yüksək səs-küy yayan xeyli bahalı avtomobil Bakının Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına aparılıb.

Axar.az modern.az-a istinadən xəbər verir ki, bu avtomobillərin sahiblərinə qaytarılması üçün 600 manat tələb olunduğu vurğulanır.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında faktı təsdiq edib.

Vaqif Əsədov bildirib ki, ötən həftə ərzində 47 belə avtomobil yol hərəkətindən uzaqlaşdırılıb:

"Yol polisi zəruri tədbirləri görməklə təhlükəsizliyi tam təmin edib, hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatdırmağa çalışır. Hər bir polis əməkdaşı dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparır. Xidmət aparılan zaman yol hərəkəti qaydalarını pozan sürücülər aşkar edilirsə, məsuliyyətə cəlb olunurlar.

Təkcə ötən həftə ərzində mühərrikinin səsboğucusuna müdaxilə edilən 47 avtomobil saxlanılıb və onlar yol hərəkətindən uzaqlaşdırılıb. Həmin maşınlar müvəqqəti dayanacaqlarda saxlanılır.

Həmin avtomobillərdə mühərrikin qazanına müdaxilə edilib və səsboğucunu standarta uyğun olmayan səviyyəyə gətiriblər".

Polis polkovniki yol hərəkətinin düzgün təşkil olunması üçün avtomobil sürücülərinə müraciət edib:

"İstehsal edilən hər bir nəqliyyat vasitəsi standarta uyğun, zavodun müəyyən etdiyi tələblər üzrə olmalıdır. Müdaxilə edilir, konstruksiya dəyişikliyi aparılırsa, əlavə avadanlıq qoyulursa, bu, qanunvericilik üzrə məsuliyyətdir və 500 manatdan 800 manata qədər cəriməsi var".

Vaqif Əsədovun sözlərinə görə, cərimə meydançasına aparılan avtomobillər brend markalardandır:

"Ötən həftə saxlanılan avtomobillər arasında bütün növ brend markalarından - "Gelandevagen", "Volksvagen", "Renc Rover", "Lamborcini" və başqa bahalı avtomobillər var. Bildirim ki, avtomobillərin saxlanılması markadan, dövlət nömrə nişanından asılı deyil. Kimliyindən asılı olmayaraq, qanunvericiliyin tələblərini pozan hər kəs tərəfimizdən saxlanılır və barəsində müvafiq tədbir görülür".

V.Əsədov zavodda istehsal prosesində bu cür səsboğucu qoyulan maşınların Azərbaycana gətirilməsinə də münasibət bildirib:

"Hər kəs öz səlahiyyəti çərçivəsində fəaliyyət göstərir. Mən gömrük işçisi kimi vətəndaşa deyə bilmərəm ki, bu avtomobili gətir, yaxud gətirmə. Gömrük funksional vəzifəsinə aid olanları qeyd edir. O tələblərə uyğun fəaliyyət göstərir, onlar Avro-5 standartına nəzarət edir. Mən deyə bilmərəm bu məsələlərə niyə nəzarət etmir, niyə qadağa qoymur? Amma yol polisinin səlahiyyətindədir ki, bu cür avtomobillərin istifadəsinin qarşısını alsın".

Tarix
2016.10.03 / 13:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada səfərdədir

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla