Yuxarı

Finlandiyalı jurnalistlər ermənilərin dağıtdığı evlərdə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən, Finlandiyanın "İltalehti" jurnalının müxbiri Antero Eerola və fotoqraf Jael Karppanen cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.

Axar.az xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətində olan qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir.

Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə 400-ə yaxın evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 mülki şəxs yaralanıb, ikisi məcburi köçkün olmaqla, 3 nəfər dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib.

Qeyd edilib ki, ermənilər işğal altında saxladıqları Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısını suvarma dövründə kəsirlər. Nəticədə 31 min 500 hektar əkin sahəsinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır.

Sonra qonaqlar rayon ərazisində yerləşən N saylı hərbi hissədə və məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış evlərdə olub, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar. Finlandiyalı media nümayəndələri, həmçinin ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış "Marağa 150" abidəsinin qalıqlarına da baxıblar.

Tarix
2016.10.03 / 18:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla