Yuxarı

Kəmaləddin Heydərov Fəzli ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, K. Heydərov ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında danışaraq son illər bu sahədə İranın uyğun qurumları ilə əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasından məmnunluğunu ifadə edib. O, iki dost ölkənin əlaqədar qurumlarının rəhbərləri arasında keçirilən görüşlərin əməkdaşlığa yeni töhfələr verdiyini vurğulayıb.

Qəbula görə təşəkkürünü bildirən İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib ki, rəhbərlik etdiyi nazirlik Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıqda maraqlıdır. O əlavə edib ki, ikitərəfli əlaqələrin geniş potensialı əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli şərait yaradır.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalının fəaliyyəti ilə tanış olublar.

Tarix
2016.10.03 / 19:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla