Yuxarı

Xəzərdə I Pyotr donanmasının gəmiləri axtarılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Coğrafiya Cəmiyyəti Xəzər dənizinin dibini tədqiq etmək üçün Dərbəndə ekspedisiya göndərib. Dalğıclar I Pyotr donanmasının batmış gəmilərini axtarır. Təxminən 300 il əvvəl rus imperatoru Fars yürüşünə yollanmış və onun donanması güclü qasırğa nəticəsində çox sayda gəmisini itirmişdi. Alimlər artıq Dərbənd yaxınlığında bir neçə tapıntı aşkarlamağa müvəffəq olublar.

Axar.az xəbər verir ki, Xəzər dənizinin 10 metr dərinliyində dalğıclar görünüşünə görə gəmi lövbərinə bənzər dəmir əşya tapıb. Tapıldığı yerdə diqqətlə tədqiq olunan lövbərin yaxınlığında həmin donanmaya məxsus ola biləcək taxta gəmi fraqmentləri də aşkarlanıb.

I Pyotr fars və ya Xəzər yürüşünü təxminən 300 il bundan əvvəl, 1722-ci ildə təşkil etmişdi. O vaxt imperatorun şəxsən başçılıq etdiyi yürüşə 200 gəmi cəlb olunmuşdu. Mahiyyət etibarilə bu kampaniya Rusiyanın Qafqazda hərbi iştirakının başlanğıcına çevrilmişdi. I Pyotr yürüş zamanı bir neçə gün Dərbənddə qalmışdı. Lakin Xəzər dənizində başlayan payız qasırğaları və bu səbəbdən onlarla gəminin batması rusların Cənubi Qafqazın içərilərinə doğru hərəkətini yarıda qoymuşdu.

İmperator gəmilərin batdığı yerə dair hazırda bir neçə fərziyyə mövcuddur. Ekspedisiyanın məqsədi də tarixçilərin və yerli sakinlərin verdiyi məlumatları yoxlamaqdır.

Tarix
2016.10.03 / 19:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla