Yuxarı

“Diskoveri Azerbaijan” jurnalında Şəki... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Diskoveri Azerbaijan" jurnalının oktyabr nömrəsi Şərqin "İpək qalası" Şəkiyə həsr olunub.

Axar.az xəbər verir ki, jurnalın bu nömrəsində oxucular Şəkinin tarixi məkanlarına səyahət edəcək, şəhərin görməli yerlərinə baş çəkəcək, məşhur Şəki halvası ilə ağızlarını şirin edəcək, müxtəlif sənətkarların "mətbəxinə" qonaq olacaqlar. Vətəni Şəki olan təkəlduz sənətini isə incəliyinədək öyrənəcəklər.

Bu nömrədə məclisdən olan qonaq "Diskoveri Azerbaijan" jurnalının təsisçisi və baş redaktoru, Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.

Şəki sənətin və sənətkarların beşiyidir. Nəşrin payız buraxılışında Şəkinin ruhunu sənətində, gülüşündə, oynadığı obrazlarda daşıyan nikbin, şən təbiətli aktyor Lütfəli Abdullayevin həyat hekayəsini öyrənə bilərsiniz. Jurnalın səhifələrində Azərbaycan kino sənətinə əvəzsiz töhfələr vermiş dahi şəkili rejissor Rasim Ocaqovla operator Kənan Məmmədovun birgə imza atdıqları, kinomuzun "Otel otağı"na yollanacaq, filmin çəkildiyi yerləri illər sonra yenidən kəşf edəcəksiniz.

Alpaqut Federasiyasının prezidenti, əsl türk Aqil Acalovun atlarla bağlı maraqlı söhbətinə qulaq vermək və bu idman növünün tarixini bilmək üçün jurnalı vərəqləməyiniz kifayətdir.

Jurnalın xüsusi müxbiri Aidə Eyvazlının təqdimatında "Şərqin Roması" Səmərqənddə qonaq olmaqdan da zövq alacaqsınız. Üzdə olan istedadlı gəncimizin – xanımlığı ilə, gördüyü işlərlə və təbii ki, daşıdığı Bədəlbəyli soyadı ilə öndə olan Zəhra xanımın da dünyasına qonaq olacaqsınız.

Dərginin oktyabr nömrəsində Türk Hava Yolları Bakı ofisinin direktoru Seyfullah İlyasla da söhbəti oxuyacaqsınız. Jurnalın bu sayında həm də Türkiyə mətbəxinin ləziz nemətlərindən dadacaq, yolu İstanbuldan keçən "Oskar"lı filmlərin siyahısı ilə tanış olacaqsınız.

Tarix
2016.10.03 / 20:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla