Yuxarı

Birinci xanım: "Əsas məqsəd reallıqları..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 3-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fransalı qonaqları ölkəmizdə görməkdən şad olduğunu bildirdi. Heydər Əliyev Fondunun prezidenti Fransa Milli Assambleyasının deputatlarının son günlərdə Azərbaycanın ictimai-siyasi həyatında baş verən iki mühüm hadisədə - V Bakı Beynəlxalq Humanitar Forumunda və Roma Papası Fransiskin ölkəmizə səfəri ilə bağlı tədbirlərdə iştirak etdiklərini məmnunluqla qeyd edib. Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin ölkəmizə yeni dostlar gətirdiyindən məmnunluğunu ifadə edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva onların paytaxtımızla daha yaxından tanış olacaqlarına əminliyini bildirib. Azərbaycanın birinci xanımı Assosiasiya üzvlərinin sayının getdikcə artdığını və bunun Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti iki ölkə arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etdiyini deyib, humanitar və təhsil sahələrində əməkdaşlığı xüsusi vurğuladı. Mehriban Əliyeva son zamanlar Azərbaycanın və Fransanın şəhərləri və regionları arasında əlaqələrin gücləndiyini bildirib, şəhərlərimiz arasında imzalanan qardaşlaşma sazişlərinin əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar açdığını diqqətə çatdırdı, oktyabr ayında Fransanın Konyak şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin abidəsinin ucaldılacağını bildirib. Mehriban Əliyeva Assosiasiyanın əsas məqsədinin Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaq olduğunu vurğulayaraq bu baxımdan belə səfərlərin təşkilinin böyük əhəmiyyət daşıdığını bildirib.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel görüşə görə minnətdarlığını bildirdi, Parisdə Azərbaycan şəhərciyinin açılışını ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirib. Qeyd edib ki, Fransa Milli Assambleyasının bir həftə ərzində Azərbaycan paytaxtında olan deputatları Bakı ilə tanışlıq imkanı qazanıblar. Paytaxtımızda keçirilən tədbirlərin əhəmiyyətini qeyd edən qonaq bildirib ki, bu cür təmaslar müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasının mümkünlüyünə dair bütün dünyaya bir ismarıcdır.

Tarix
2016.10.03 / 20:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla