Yuxarı

Bakıda Koreyanın milli bayramı qeyd edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 3-də Bakıda Koreya Respublikasının milli bayramı – Dövlətin yaranması günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Axar.az xəbər verir ki, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu rəsmi qəbulda çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. Azərbaycan ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasından 24 il keçdiyini vurğulayan səfir siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluğunu bildirib. O, həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov iki ölkənin münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğunu deyib. O bildirib ki, imzalanmış çoxsaylı sənədlər ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün əlverişli qanuni baza yaradıb. Bu il Seulda Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının keçirilməsi əməkdaşlığın genişlənməsinə təkan verəcək.

Tədbirdə rəsmi şəxslər, səfirlər, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Tarix
2016.10.03 / 21:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla