Yuxarı

Kənan M.M: “Dilənçi kimi yaşayırıq”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Kənan M.M bir müddət öncə sosial şəbəkədə mədəniyyət naziri olmaq istədiyi barədə açıqlamasına aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Musavat.com-a danışan rejissor hər bir mədəniyyət işçisinin mədəniyyət naziri vəzifəsini arzuladığını bildirib:

"Bunun nəyi pisdir? Nazir olmaq istəyirəm. Nazir olsaydım, kino sahəsinə diqqət ayırdım. Hazırda rejissorlar dilənçi vəziyyətində yaşayır. Film çəkməyə pul tapmırıq. Mən rejissoramsa, yeni işlər barədə düşünməliyəm, maddiyyat mənim problemim olmamalıdır. "Qayıdış" filmim televiziyada nümayiş olunandan sonra yüzlərlə mesaj aldım. Hər kəs çox bəyəndiyini bildirdi. Bu mənə güc verdi. Hazırda "Gecə qonağı-2" filminin hazırlıqlarına başlamışam. Pul yoxdur ki, film çəkim. Azərbaycan filmini bəziləri bəyənmir, xarici filmlərlə müqayisə edir. Bizim imkanımız olsa, gözəl filmlər çəkərik. Kiçik büdcə ilə tamaşaçıların sevimlisinə çevrilən film çəkə biliriksə, bunu da bacararıq".

Rejissor kinoteatrlardan da gileylənib: "Əziyyət çəkib film çəkən bizik. Amma kinoteatrlar satışdan gələn gəlirin 60%-ni istəyir. Mənimlə bərabər əziyyət çəkiblər ki, pulun yarısından çoxunu istəyirlər? Xarici filmlərə pul verib alırlar. Yerli filmlərə isə etinasız yanaşırlar. Dünyada belə şey yoxdur. Mən niyə gəlirin çox hissəsini əziyyət çəkməyən kiməsə verməliyəm? Bundan əlavə, bir kinoteatra filmi verirəm, o biri nümayiş etdirməkdən imtina edir. Film bu ölkə üçün çəkilibsə, bütün kinoteatrlarda nümayiş olunmalıdır. Kinoteatrlar filmlərimizin qatilidir".

Tarix
2016.10.03 / 21:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla