Yuxarı

Vəziyyət göründüyü kimi deyil... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya hazırda çox gərgin dövrünü yaşayır. ABŞ və Rusiya arasında kəskin, barışmaz xarakter alan münasibətlər böyük fəlakətlərlə nəticələnə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Rusiya-ABŞ rəqabətinin xüsusilə Suriyada pik həddə çatdığını deyən politoloq iki ölkə münasibətlərinin tam qarşıdurma səviyyəsində olduğunu bildirib:

"Rusiya Amerikanın hegemonluq siyasətinə qarşı dayandığını bildirsə də, əslində, vəziyyət heç də göründüyü kimi deyil. ABŞ Rusiyaya qarşı fövqəladə tədbirlərini davam etdirir: bunlar sanksiyalar və Suriyada hərbi əməliyyatlar şəklində ola bilər. Hərbi əməliyyatların Amerika qoşunları tərəfindən həyata keçirilməsi mütləq deyil, bunu Vaşinqtonun bölgədəki tərəfdarları da yerinə yetirə bilər. ASO və kürd peşmərgələrinin istənilən zaman Rusiyanın bazasına terror hücumları Rusiyanın Suriyadan vurulub çıxarılmasına, ən son nəticədə isə Amerikanın Bəşər Əsədlə haqq-hesabı çürütməsinə gətirib çıxara bilər. Moskva isə Əsədə toxunulacağı təqdirdə bunun dünya müharibəsinə səbəb olacağını bildirir. Tərəflər hədsiz təhdidedici bəyanatlardan çəkinmirlər. Görünən odur ki, Səudiyyə da daxil olmaqla, ərəb ölkələrinin əksəriyyəti, eləcə də bir sıra Avropa ölkələri Rusiya və İranın Suriyadan çıxarılması istiqamətində müəyyən addımların atılmasını həm BMT, həm də konkret hərbi hərəkətlər səviyyəsində həyata keçirmək niyyətindədirlər".

Vəziyyətin olduqca gərgin olduğunu söyləyən politoloq qeyd edib ki, yaxın zamanlarda Rusiyaya qarşı sanksiyaların yeni dalğasının şahidi ola bilərik:

"Üstəlik, Suriyada rus qoşunlarına müxtəlif hücumlar da istisna deyil. Düzdür, ruslar ASO-nu dənizdən ballistik raketlərlə vuracaqları ilə təhdid edirlər. Ancaq hər halda vəziyyət Kremlin düşündüyü qədər sadə deyil. Proseslər Rusiya və İranın əleyhinə işləyir. Çünki Səudiyyə də Suriyada nəinki fəaliyyətini artırır, Ər Riyadı təmsil edən müsəlman ittifaqını da gücləndirir. Dünya hazırda çox gərgin dövrünü yaşayır. ABŞ və Rusiya arasında kəskin, barışmaz xarakter alan münasibətlər böyük fəlakətlərlə nəticələnə bilər. III Dünya savaşı heç bir dövlət üçün arzulanan deyil".

Tarix
2016.10.04 / 09:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla