Yuxarı

İrəvan gizli təxribata hazırlaşır – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda gələn il parlament seçkiləri başlayacaq. Çox güman ki, bu ərəfədə İrəvan müəyyən təxribatlara əl atacaq. Artıq bununla bağlı indidən hazırlıqlar görülür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert payızda danışıqlar prosesində irəliləyiş olmayacağı təqdirdə Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müharibə ehtimalını mümkün sayıb:

"Xarici İşlər naziri Elmar Məmmədyarov bir neçə gün öncə bəyan edib ki, Qarabağla bağlı danışıqlar gedir, sadəcə, detalları açıqlanmır. Bu, o deməkdir ki, hələ müəyyən ümidlər var. Müharibə ehtimalı yüksək olaraq qalsa da, danışıqlar gedir. ABŞ Dövlət katibi Con Kerrinin Qarabağla bağlı bəyanatı isə onu deməyə əsas verir ki, danışıqlar prosesi olduqca çətin keçir".

Politoloq bu kontekstdə Ermənistanda gələn il keçiriləcək parlament seçkisinə toxunaraq burada iştirak edən qüvvələrin müxtəlif populist şüarlarla çıxış edəcəyini dilə gətirib:

"Bu kampaniya başlayandan sonra müharibə ehtimalı daha da artacaq. Ancaq hansısa bir irəliləyiş, danışıqların məhsuldar olması üçün Ermənistanın hələ də şansı var. Elə ki parlament seçkiləri başlayacaq, İrəvan müəyyən təxribatlara əl atacaq. Artıq bununla bağlı indidən hazırlıqlar görülür. Bu ehtimalın ərsəyə gəlməsində böyük rolu olan Ermənistan hətta cəbhə bölgəsində gərginlik yaratmaqdan belə çəkinməyəcək".

Tarix
2016.10.04 / 10:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla