Yuxarı

Ermənilər buna nail oldu: İlhan Aşkın məhkəmədə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni lobbisi öz təsir rıçaqlarından istifadə edərək, Azərbaycan və türk diaspora fəalı, ermənilərin Xocalıda törətdikləri soyqırımın Avropada geniş şəkildə yayımlanmasında aktiv rol oynayan İlhan Aşkının gələcək fəaliyyətinə əngəl yaratmaq, onu məhkəmə çəkişmələri ilə psixoloji təsir altında saxlamaq məqsədi güdür.

Axar.az xəbər verir ki, bu sözlər Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) yaydığı bəyanatda əksini tapıb.

ATXƏM bütün diaspora təşkilatlarını İlhan Aşkının müdafiəsinə qalxmağa çağırıb:

"İlhan Aşkın Azərbaycanın BMT və bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün pozulduğunu, Ermənistanın Azərbaycan torpaqlarını güc yolu ilə işğal altında saxladığını ifadə etmiş, beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan ərazilərdən çəkilməsini tələb etmişdir.

Əsl irqçilik yayan, yüz il əvvəlki tarixi olaylara siyasi don geyindirən ermənilər təəssüf ki, Avropada bəzi rəsmi qurumlara təsir imkanları qazana, tarixi hadisələri öz məkrli niyyətlərinə alət edə bilirlər.

Ümid edirik ki, Hollandiya məhkəmələri İlhan Aşkının fikirlərini hər bir şəxsin ifadə və düşüncə azadlığı müstəvisində dəyərləndirəcək, erməni lobbisinin məkrli niyyətinə alət olmayacaq".

Xatırladaq ki, Hollandiyanın Almalo şəhərindəki kilsənin bağçasına 1915-ci il hadisələri ilə bağlı uydurma soyqırım abidəsinin qoyulmasına etiraz edən Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin başqanı İlhan Aşkın iki ildən sonra ifadəsi alınmaq üçün məhkəməyə çağrılıb.

İlhan Aşkının iki il əvvəlki etiraz mitinqində "Qarabağ ermənilərə məzar olacaq!" ifadəsi onun irqçiliyi yayması kimi qəbul edilib və ona qarşı ittiham irəli sürülüb.

İ.Aşkın bu gün məhkəmədə ifadə verəcək.

Tarix
2016.10.04 / 11:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla