Yuxarı

Novruzovdan dini TV açıqlaması: “Hər kanal 1 saat…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşünürəm ki, yerli telekanal həftə ərzində ən azı 1 saat dini veriliş yayımlasa, bu, elə həftədə 24 saatdan çox edir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a müsahibəsində deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda regional və mərkəzi televiziyalar fəaliyyət göstərir. Bu televiziyalar da Azərbaycan əhalisi üçün kifayətdir:

"Həmin televiziyalarda dini izahatların verilməsinə böyük ehtiyac var. Azərbaycan Dövlət Televiziyasında akademik Vasim Məmmədəliyev 25 ildir dinə aid veriliş aparır. Bundan başqa da hansısa verilişlərə bu və ya digər məsələ ilə bağlı olaraq din xadimləri, ilahiyyatçılar dəvət olunur.

Amma mütəmadi olaraq Qurani-Kərimin, şəriətin, islam hüququnun izahatına bütün televiziyalar həftədə 1 saat ayıra bilər. Bu baxımdan ayrıca dini telekanalın açılmasına ehtiyac qalmır.

Ölkədə televiziya açmaq özəl bir işdir. İstənilən şəxs qanunvericilik çərçivəsində Milli Televiziya və Radio Şurasına müraciət edərək, telekanal aça bilər. Qafqaz Müsəlmanları İdarəsi də bu quruma müraciət edərək, dini telekanalın açılması ilə bağlı tezlik yaradılması təklifini irəli sürə bilər.

Bu, artıq Qafqaz Müsəlmanları İdarəsi ilə Teleradio Şurası arasında olan məsələdir. Amma bunu da nəzərə almaq lazımdır ki, ölkədə yeni dini televiziya yaratmaq üçün əhalidən də sosial sifariş gəlməlidir. Mən şəxsən hesab edirəm ki, bu cür sosial sifariş yoxdur".

Tarix
2016.10.04 / 13:18
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla