Yuxarı

Sərdar Cəlaloğlu Nobel ala bilər: Kosmik nəzəriyyə...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun müəllifi olduğu "Kosmik hadisələr haqqında nəzəriyyə" Nobel Sülh Mükafatına layiq görülə bilər.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Sərdar Cəlaloğlunun müəllifi olduğu nəzəriyyə artıq gizli səsverməyə buraxılıb.

Xəbəri Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov da təsdiq edib.

Vitse-prezident bildirib ki, Sərdar Məmmədovun (Cəlaloğlu) nəzəriyyəsi ekspert qrupunun qiymətləndirməsindən keçib və gizli səsverməyə buraxılıb: "Gizli səsvermə nəticəsində hansı elmi işin qalib gələcəyi bəlli olacaq. Eyni sahə üzrə mükafat dünya üzrə üç şəxsə verilə bilər".

"Bu il Azərbaycandan kimsə Nobel Mükafatına layiq görülə bilərmi", - sualına gəldikdə, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti deyib ki, əgər işlər ekspert qrupundan keçibsə, deməli, şans var:

"İndilikdə son qərar gizli səsvermədən sonra bəlli olacaq. Biz deyə bilmərik ki, gizli səsvermədən kim çıxacaq".

Böyük ehtimalla, bu gün Nobel Komitəsinin gizli səsverməsinin nəticəsində fizika elmi üzrə Nobel mükafatı alan şəxslərin adı açıqlanacaq. Məlumata görə, bu sahə üzrə kimin qalib olacağı axşam saatlarında bəlli olacaq.

Tarix
2016.10.04 / 13:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla