Yuxarı

Sərkisyan bələdiyyə seçkilərini "uddu"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda oktyabrın 2-də keçirilən bələdiyyə seçkiləri bəzi müxalifət partiyalarını məyus edib. Hər halda onların ümid etdikləri səsləri almadıqları görünür.

Musavat.com xəbər verir ki, həmin gün ölkənin 292 şəhər və kənd icması, o cümlədən Ermənistanın İrəvandan sonra ən böyük şəhərləri sayılan Gümrü və Vanadzorda (Qarakilsə - red.) yerli özünüidarəetmə orqanlarında təmsil olunacaq nümayəndələr seçiliblər.

Seçkilərdə hakim Respublika Partiyasının qələbə qazandığı elan olunub. Belə ki, Gümrüdə hazırkı mer Samvel Balasanyan 34,64% səslə qalib gəlib. Müxalifətdə hesab olunan Rifah Partiyası 21, 7% səslə 2-ci yeri, Erməni Dirçəlişi Partiyası 10,62% səslə 3-cü yeri, QALA Partiyası 10,49% səslə 4-cü yeri, 5,77% səslə Vəhdət Partiyası 5-ci yeri, Gümrü Ruhu Partiyası isə 5, 74%-lə 6-cı yeri tutub.

Hakim koalisiyada olan Daşnaksütyun 5,36%-lik səslə 7-ci yerlə kifayətlənib.

Ermənistan mətbuatının yazdığına görə, Alyans, Vətəndaş Müqaviləsi, Ermənistan Milli Konqresi kimi müxalifət partiyaları bələdiyyə seçkilərində uduzublar. Rəsmi rəqəmlərə inanılsa, onların 2%-lik bayeri keçmədyi görünür.

Ermənistanın Mərkəzi Seçki Komissiyasının Vanadzor üzrə verdiyi rəqəmlər də təxminən eyni nəticələri nümayiş etdirib.

Belə ki, burada hakim Respublika Partiyası 37,55%-lik səslə ilk sıranı tutub. Maarifpərvər Ermənistan 27,54%-lə 2-ci yerdə, Erməni Dirçəlişi 13,27%lik səslə 3-cü yerdə, Ermənistan Rifah Partiyası 7,26%-lə 4-cü, Daşnaksütun isə 6,37%-lə 5-ci yerdə qərarlaşıb Bu şəhərdə də keçirilən seçkilərdə də klassik müxalifətin Ermənitstan Milli Konqresi və Vətəndaş Müqaviləsi partiyalarının 5%-lik baryeri keçmədikləri və bu səbəbdən yerli özünü idarətmə orqanlarında yer qazana bilmədikləri qeyd olunub.

Mətbuat bir sıra "bitərəf" namizədlərin seçkilərdə zəfər qazandığını yazır. Belə ki, hakim partiya bəzi şəhərlərdə hazırda vəzifədə olan merləri deyil, onların opponentlərini dəstəkləyib.

Məsələn, Geqarkunik vilayətinin Sevan şəhərində hakimiyyət şəhərin meri və Respublika Partiyasının üzvü Rudik Qukasyanın yerinə onun "opponenti" Sərgis Muradyanı dəstəkləyib. Təbii ki, belə olan halda sonuncu "qələbə çalıb". Eyni əyalətin Martuni şəhərində də respublikaçı Baqrat Arutunyan "müstəqil" namizəd Armen Avetisyana "uduzub".

Respublika Partiyasında isə qələbəni bayram edirlər. Partiyanın mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov partiyasının yerli özünü idarəetmə orqanlarına keçrilən seçkilərdən zəfərlə ayrıldğını bəyan edib. Onun sözlərinə görə, müxalifət bu seçkilərdə fiaskoya uğrayıb.

Ermənistan müxalifəti seçki prosesinin və səsvermənin olduqca aşağı səviyyədə rəqabət şəraitində keçirildiyini bildirib. Müxalifət hakimiyyətin karusel, seçicilərin pulla ələ alınması kimi metodlardan gen-bol istifadə etdiyini bəyan edib.

Müxalifət nümayəndələri bələdiyyə seçkilərinin ölkədəki siyasi situasiyanı dəyişdirməklə bağlı heç nəyi həll etmədiyini açıqlayıblar.

Ermənistanın Miras Partiyasının sədri Armen Martirosyanın sözlərinə görə, hakimiyyət bələdiyyə seçkilərinə daha ciddi yanaşaraq öz mövqelərini əyalətlərdə möhkəmləndirib. "Burada sadə bir mexanizm hökm sürür: pulu kim verirsə, musiqini də o sifariş edir. Bizim yerli orqanlar mərkəzdən asılı olduqları və aydındır ki, oradan gələn bütün pullar qubernatorlar tərəfindən paylanıldığı üçün hakim partiyanın nümayəndələri bu seçkilərdə uğur qazana biliblər".

Martirosyanın sözlərinə görə, hakimiyyəti yerli orqanlarda deyil, ümumi dövlət səviyyəsində dəyişmək lazımdır.

Ermənistanın Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyan da yerli orqanlara keçrilən seçkilərdə partiyasının aldığı səsləri təhlil edəcəklərini söyləyib. Onun sözlərinə görə, xalqın iradəsi olmadan hakimiyyəti dəyişmək mümkün deyil: "Ermənistanda vahid institusional müxalifət yaranmadıqca, hakimiyyətin də dəyişməsi mümkünsüzdür. Doğrudur, aramızda (müxalifət partiyaları arasında – red.) müttəfiq münasibətlərinin qurulmasını təsəvvür emtək çətindir. Lakin hazırda vahid siyasi müxalif qüvvənin yaranmasının vaxtıdır", - o parlamentdə jurnalistlərlə söhbət edərkən bildirib.

Tarix
2016.10.04 / 16:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla