Yuxarı

Corc Buşun İran xahişini rədd etdik - Əsəd

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim hakimiyyətdən getməyimiz və yerimizə oyuncaq hökumətin gəlməsi ölkənin Qərbə təslim edilməsi deməkdir.

Axar.az xəbər verir ki, bunu İran mətbuatına açıqlamasında Suriya Prezidenti Bəşər Əsəd söyləyib. Onun sözlərinə görə, bu gün Suriya terrorla mübarizənin mərkəzinə çevrilib:

"Bu gün Suriyada baş verənlər dünyanın siyasi planına təsir edəcək. Biz xalqımız və milli maraqlarımız üçün savaşırıq. Əgər Allah səninlə birgədirsə, o zaman heç nədən qorxmağa dəyməz. Əgər Allah bu ölkənin yox olmasını təqdir etsəydi, indiyə qədər Suriya adlı bir ölkə qalmazdı.

İran Qərbi Asiyanın ən önəmli ölkəsidir. Corc Buş o dövrün Fransa Prezidenti Nikola Sarkozinin vasitəsilə bizə İran liderini Qərbin planını qəbul etməsi və bütün uran bazalarını onlara verməsi üçün razı salmağımızı istədi. Biz bunu rədd etdik. ABŞ İkinci Dünya savaşından indiyə qədər ancaq ölkələrin məhvi ilə məşğuldur. Obama hakimiyyətdə olduğu müddət ərzində heç bir ölkə ilə savaşmayacağını dedi, amma əvəzində nə oldu? Amerika dünyada olan bütün savaşlara qarışdı".

Tarix
2016.10.04 / 16:16
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla