Yuxarı

Ruhani İrəvana isti təkliflərlə gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox güman ki, İran Prezidenti Həsən Ruhani Ermənistana əməkdaşlıq təklifi ilə gedir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, regionda ciddi hadisələrin baş verdiyi belə bir önəmli zamanda Ruhaninin Ermənistana səfəri diqqətdən yayına bilməz:

"Bildiyiniz kimi, bir müddət öncə Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən mühüm görüşlər bir sıra önəmli sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə yadda qaldı. Əlbəttə, bu, Ermənistanı narahat etməyə bilməzdi. Düzdür, Azərbaycanın İranla əlaqələri var və hazırda da münasibətlər normaldır, ancaq Tehran hər zaman İrəvana yaxınlığı ilə seçilib. Ruhani də çox güman ki, Ermənistana isti əməkdaşlıq təklifi ilə gedir. Hazırda Ermənistan iqtisadiyyatı və enerjisi bilavasitə İran tərəfindən təmin olunur. Hətta bu yaxınlarda İran parlamentinin deputatı bildirib ki, onlar ermənilərlə bir millət, iki dövlətdirlər. İsti münasibətlər də məhz bu motivdən irəli gəlir".

Millət vəkili İran tərəfindən Ermənistana iqtisadi və enerji sahəsində konkret ciddi dəstəyin davam edəcəyini vurğulayıb:

"Bir müddət öncə İranda erməni oyunlarının həyata keçirilməsi, Azərbaycanın işğal altında olan ərazilərindən ermənilərin orada öz bayraqları ilə iştirakına şərait yaradılması bir çox mətləblərdən xəbər verir. Ona görə də bu fonda İran prezidentinin Ermənistana gözlənilən səfəri əslində təəccüb doğurmamalıdır. İran Ermənistanı dəstəkləyən əsas ölkədir".

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin yaxın zamanlarda Ermənistana səfəri gözlənilir.

Tarix
2016.10.05 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla