Yuxarı

Polis elə bir hərəkət etdi ki... - Generala müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol polisinin sürücüyə qarşı etdiyi insani hərəkət rəğbətlə qarşılanıb.

Axar.az xəbər verir ki, hadisə barədə sürücü özü Avtosfer.az-a məlumat verib. Masallı rayonu Türkoba kənd sakini Məmmədov Gündüz Məmmədaga oglu bildirib ki, oktyabrın 3-də saat 20:00 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Göyşaban kəndi hissəsində ailə üzvləri ilə birlikdə şəxsi avtomobilində hərəkətdə oldugu zaman anasının halı qəflətən pisləşib:

"Mən dərhal avtomobili yolun sağ hərəkət hissəsində saxladım və nə edəcəyimi bilmirdim. Bu zaman həmin ərazidə xidmətdə olan 99 YP 948 dövlət qeydiyyat nişanlı avtobildən iki yol patrol xidməti əməkdaşının mənə yaxınlaşmasını gördüm. Dərhal düşündüm ki, görəsən, hansı inzibati xətanı törətmişəm ki, həmin əməkdaşlar mənə yaxınlaşırlar. Onlar mənə yaxınlaşandan sonra nə baş verdiyini soruşdular, mən də olanları izah etdim. Mənə bildirdilər ki, təlaş keçirməyə ehtiyac yoxdur və biz sizə köməklik göstərəcəyik. Anamın təzyiqinin yüksəlməsi onun halının pisləşməsinə səbəb oldu. YPX əməkdaşlarının biri dərhal anama yardım göstərmək üçün yaxınlıqdakı mağazadan su almaga yollandı, digəri isə təcili tibbi yardıma zəng vurdu. Hər iki gənc YPX əməkdaşının anama sanki öz doğma anasıtək nəvaziş göstərmələrini görcək gözlərim doldu və onlara necə təşəkkür edəcəyimi bilmədim. Daha sonra qısa müddət ərzində təcili yardım gələrək anama ilk tibbi yardımı göstərdi və onun halı tədricən düzəlməyə başladı. Bütün bu çətin anlarımda DYP əməkdaşları sonadək yanımda qaldılar, anamın halının tam yaxşılaşmasından sonra bizi ehtiramla yola saldılar və yolumuza davam etdik. Yolboyu ailə üzvlərimizlə birgə həmin DYP əməkdaşlarının nümunəvi rəftarı, qayğıkeş münasibəti, yüksək insani keyfiyyətlərindən söhbət açdıq.

Hadisənin ertəsi günü mən 99 YP 948 dövlət nömrə nişanlı YPX avtomobilində həmin gün xidmətdə olan və bizə köməklik göstərən əməkdaşların kimliyi haqqında məlumat əldə etdim. Məlum oldu ki, həmin DYP əməkdaşları Şahin Əliyev və Ramal Əkbərov olub.

Ümummilli liderimiz Heydər Əliyev şanlı xidmət yolu keçmiş Azərbaycan polisini yüksək qiymətləndirərək demişdir: "Hər bir dövlət üçün, o cümlədən müstəqil Azərbaycan dövləti üçün əsas sütunlardan biri də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır".

Ailəmizə dəstək olmuş 99 YP 948 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan DYP əməkdaşları Şahin Əliyev və Ramal Əkbərovun timsalında bir daha şahidi oldum ki, həqiqətən Azərbaycan polisi daim vətəndaşların təhlükəsizliyini qoruyur.

Polislərimiz həmişə olduğu kimi, bu gün də istər asayişin qorunmasında, istərsə də təhlükəsizliyin təmin edilməsində öz vəzifə borcunu və funksiyasını vicdanla yerinə yetirirlər.

Düşünürəm ki, yol polisi bu gün dünəndən, sabah isə bu gündən daha fəal xidmət aparmaqla təhlükəsizliyi tam təmin edəcək. İnanıram ki, Şahin Əliyev və Ramal Əkbərov kimi polis orqanlarında vicdanla xidmət göstərən polislərimiz çoxdur. Belə kadrların seçiminə görə ailəmiz adından Daxili İşlər naziri cənab Ramil Usubova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova dərin təşəkkürümüzü bildirir, onlara şərəfli peşələrində yorulmaz fəaliyyət və ugurlar arzu edirik".

Tarix
2016.10.05 / 10:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla