Yuxarı

Dərmanları baha satanlar cəzalanacaq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dərman vasitələrinin qeydiyyata alınmasından və ya qiymətlərin tənzimlənməsindən əsassız imtina edən vəzifəli şəxslər cərimələnəcəklər.

Axar.az XəzərXəbər-ə istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyata alınmasından və ya qiymətlərin tənzimlənməsindən əsassız imtina edilməsinə, qeydiyyata almaq və ya qiymətlərin tənzimlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, habelə qeydiyyata alınmaqda və ya qiymətlərin tənzimlənməsində süründürməçiliyə yol verilməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə cərimə ediləcəklər.

Dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, idxalına görə (bu əməllər az miqdarda törədildikdə) vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək cərimə ediləcəklər.

Dövlət qeydiyyatından keçmiş dərmanların qiymətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənmədən satışına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək cərimə edilirlər.

Qiymətləri tənzimlənən dərmanların fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək cərimə edilirlər.

İXM-də bu əməllərin təkrar törədilməsinə görə də cərimələr müəyyənləşdirilib.

Layihə Milli Məclisin oktyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Tarix
2016.10.05 / 11:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla