Yuxarı

Terror təşkilatı sülh bağladı – xalq rədd etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın Prezidenti Cuan Manuel Santos FARK terror təşkilatı ilə sülh bağlanması haqda referendumun rədd edilməsindən sonra atəşkəsin ayın sonuna qədər davam edəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Santos müzakirə heyətini FARK ilə müzakirələri davam etmək üçün Havanaya göndərib. 31 oktyabrdan sonra atəşkəsin davam edib-etməyəcəyi isə bilinmir.

Kolumbiyada tarixi atəşkəs müqaviləsini rədd edən müxalifət də daxil olmaqla, bütün tərəflər sülh istədiklərini bəyan ediblər. Lakin referendumda "yox" kampaniyasının rəhbəri, keçmiş prezident Alvaro Urayb terror təşkilatına çox yumşaq davranıldığını bildirərək, müqavilə mətninin dəyişdirilməsini istəyir.

Hökumət müqaviləni rədd edən müxaliflərlə müzakirə üçün ayrı bir heyət yaradıb.

Müqavilə təsdiqlənərsə, FARK terror təşkilatı partiya yaradıb 6 aya mülki siyasi proseslərə qatılmağı planlaşdırır.

Qeyd edək ki, FARK terror təşkilatı ötən həftə 52 illik daxili müharibəni sonlandıracaq sülh müqaviləsi imzalamışdı. Ancaq bazar günü keçirilən referendumda 50, 24 faiz səslə müqavilə rədd edilmişdi.

Tarix
2016.10.06 / 08:45
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla