Yuxarı

Generaldan Özbəkistana mühüm mesaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi bizim üçün vacibdir ki, Özbəkistanın yeni prezidenti də (böyük ehtimalla, bu şəxs baş nazir Şövkət Mirziyayev olacaq) Kərimovun Azərbaycan-Ermənistan münaqişəsinə baxışını davam etdirsin.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.

Siyasi şərhçi Özbəkistanda prezident seçilmədən və Daşkəndin xarici siyasət kursunda dəyişikliklərin olub-olmayacağı bəlli olmadan Müdafiə naziri Zakir Həsənovun bu ölkəyə səfərini şərh edib:

"Bu səfərin nə dərəcədə əhəmiyyətli olması sualının cavabı birmənalıdır: səfərin məhz indiki məqamda reallaşması çox vacibdir. İslam Kərimov Dağlıq Qarabağ məsələsində Azərbaycan mövqeyini birmənalı müdafiə etdi və buna görə Ermənistanda səfirlik açmadı. Özbəkistan keçmiş SSRİ respublikaları arasında Ermənistanda səfriliyi olmayan tək ölkədir. Bu, Kərimovun Azərbaycanın həssas mövzusuna verdiyi dəyər idi. İndi bizim üçün vacibdir ki, Özbəkistanın yeni prezidenti də (böyük ehtimalla, bu baş nazir Şövkət Mirziyayev olacaq) Kərimovun Azərbaycan-Ermənistan münaqişəsinə baxışını davam etdirsin. Təsadüfi deyil ki, Zakir Həsənov Daşkəndəki çıxışlarında iki xalq arasında çoxəsrlik dostluq ənənələrini vurğulamaqla yanaşı, Ermənistanın beynəlxalq hüquqa zidd olaraq Azərbaycan torpaqlarını işğalda saxladığını və bunun bölgə təhlükəsizliyi üçün təhdid olduğunu xatırladıb. Hər halda bu xatırlatmanı Özbəkistanın yeni rəhbərliyi diqqətə alacaq".

Qeyd edək ki, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də Özbəkistanın Müdafiə naziri general-polkovnik Kabul Berdiyevlə görüşüb.

Kərimov sentyabrın 2-də vəfat edib. Ölkədə prezident seçkisi dekabrın 4-də baş tutacaq.

Tarix
2016.10.06 / 10:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla