Yuxarı

Beynəlxalq Bank xərclərini azaldır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni elektron şöbəsi Bankın filialların saxlanmasına çəkdiyi xərcləri azaldacaq.

Report xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev deyib.

"Hazırda bu şöbə ilə filiallarda göstərilən xidmətlərin 90%-ni əhatə etmək mümkündür. Düşünürəm ki, elektron şöbələrin sayını artırmaqla biz filialların saxlanılması kimi inzibati xərclərə qənaət etmiş olacağıq", - o, qeyd edib.

Bank rəsmisinin sözlərinə görə, gələcəkdə ABB-nin bəzi filial və şöbələrinin elektron şöbələrlə əvəz edilməsi nəzərdə tutulur:

"Elə filial və şöbələr var ki, onların saxlanma xərcləri çoxdur. Buna görə də planımızda var ki, belə filial və şöbələri elektron şöbələrlə əvəz edək. Təbii ki, bu, bütün filial və şöbələrə aid deyil".

E.Həbibullayev təmsil etdiyi maliyyə qurumunun müştərilərinin sayını da açıqlayıb və bu rəqəmin 2 milyona çatdığını bildirib.

Tarix
2016.10.06 / 13:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla