Yuxarı

Kürdlərdən Türkiyəyə dəstək - Başika qalmaqalı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Başika və Duberdan bölgələrində Türkiyənin hərbi düşərgəsi İraq hökuməti və Müdafiə Nazirliyinin razılığı ilə qurulub.

Axar.az Xəbər 7-ə istinadən məlumat verir ki, bunu İraqın şimalında kürd muxtariyyəti hökumətinin sözçüsü Sefin Dizayi bildirib.

Onun sözlərinə görə, türk hərbçiləri terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün Mosul polisi və könüllü qüvvələrə təlim keçir:

"İŞİD hücumları artdıqdan sonra beynəlxalq koalisiya ilə birgə xeyli ölkə, Kürdüstan bölgəsinə və İraqa hərbi yardım, qüvvələrin təlim keçməsi sahəsində dəstək verdi. Bu çərçivədə İraq federal hökuməti və Müdafiə Nazirliyinin bilgisi və razılığı ilə Mosul şəhəri yaxınlığında Başika və Duberdan bölgələrində düşərgə yaradıldı. Türk hərbi mütəxəssislər hər iki düşərgədə Mosul polisi və könüllü qüvvələrə təlim keçməyə başladı".

Dizayi düşərgə qurulduqdan sonra İraq müdafiə nazirinin türk hərbçilərlə görüşdüyünü xatırladıb.

Qeyd edək ki, İraq Türkiyə qüvvələrinin Başikadan çıxarılmasını tələb edir. Türkiyənin Baş naziri Binəli Yıldırım isə bu gün verdiyi açıqlamada türk əsgərinin Başikadan çıxmayacağını bəyan edib.

Tarix
2016.10.06 / 17:34
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla