Yuxarı

Erməni Gülən ailəsinin türk qırğını – Akopyanın məqaləsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ şəbəkəsinin lideri, Pensilvaniyaya sığınan Fətullah Gülənin erməni mənşəli olması vaxtaşırı olaraq müzakirə edilir.

Axar.az bununla bağlı geniş araşdırma yazıları verən Ermənistan KİV-lərindən "Nyus.am"da hələ 2014-cü ilin fevralında dərc edilən Artur Akopyanın məqalənsini təqdim edir:

"Novosti Armenii" Türkiyə cəmiyyətinin müxtəlif problemlərini ortaya çıxarır. Bu dəfə söhbət Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana (Ərdoğan həmin zaman baş nazir idi – red.) vurduğu zərbələrlə (2013-cü il dekabrın 17-25-də gülənçilərin hökumətə qarşı korrupsiya ittihamı və yaydıqları gizli səs yazıları nəzərdə tutulur) beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan erməni əsilli Fətullah Güləndən gedir.

Gülənin erməni əsilli olması ilə bağlı artıq Türkiyə Tarixi Cəmiyyətinin keçmiş direktoru Yusuf Qalaçoğlu məlumat verib. Türk jurnalist Murad Alpərən də araşdırmaları davam etdirərək Gülənin babalarının erməni əsilli olduğunu və onun babalarının o zaman (1915-ci ildə) Ərzurum türklərini qırdığını ortaya çıxarıb.

Gülənin türk əsilli olması barədə şübhələr 1999-cu ildə başlayıb. Türkiyə nəşri "Star" qeyd edir ki, həmin ilin 14 iyununda polis rəisi Cövdət Saralın rəhbərliyi ilə apardığı araşdırmada gülənin türk olmadığı üzə çıxıb.

2013-cü ilin 5 iyulunda Türkiyənin "Turkishnews.com" saytı Gülən haqda bir yazı dərc etdi. Yazıda Gülənin babasının 1915-ci il hadisələrində İbrahim bəyin yanında çalışdığı deyilir. İddialara görə, erməni işçiləri ona qarşı çıxarkən İbrahim bəy Gülənin babasını və bütün ailə üzvlərini öldürüb, daha sonra isə özü intihar edib. Bu hadisədə yalnız Fətullah Gülənin atası sağ qalıb. Fətullahın atası şəxsiyyətini gizlədərək 18-19 yaşlarında İspiri rayonuna yollanıb. Burda müsəlman adı və soyadı götürərək özünə yeni həyat qurub və evlənib.

Bütün bu olanlardan sonra o, həmişə türkləri qıran erməniləri lənətləyib və özünü müsəlman elan edib. Ancaq "Mən onları öz dinləri ilə vurmaq üçün belə bir oğul böyüdürəm (Fətullah nəzərdə tutulur – red.)" bəyanatından bu adamın məhz erməni olduğu aşkar görünür.

Gülənin erməni əsilli olduğunun daha bir təsdiqi onun ata-baba yurdu ilə bağlıdır.

Məlumdur ki, Gülənin babası Van gölü yaxınlığında Hlatada yaşayan ermənilərin arasından Ərzuruma gəlib. Verilən məlumata görə, Gülənin babası ailə ləyaqəti ilə bağlı yararan bir məsələ ucbatından öz ailə üzvləri ilə birgə Ərzuruma köçüb.

"Kapsamhaber" saytı bu haqda maraqlı məlumat dərc edib:

"Gülənin babaları müsəlmanların, o cümlədən, kürdlərin kütləvi qırılmasında iştirak etdiyi üçün bir müddət qaçıb İrəvanda gizlənməyə məcbur olub. Lakin öz doğma vətənlərində də onları müsəlmanları qırmaqda ittiham etdiklərinə görə məcbur olub Ərzuruma köç ediblər".

Gülənin oğulluğu Eyyub Can və arvadı Əlif Şəfəq də müzakirə mövzusudur.

Eyyub Can ABŞ-da təhsil alıb, Türkiyəyə qayıtdıqdan sonra Fətullah Gülənin "Zaman" qəzetində çalışıb. İndi o "Radikal" nəşrinin baş redaktorudur.

Eyyub Can "erməni soyqırımı"nı tanıyan azsaylı jurnalistlərdən biridir.

Gülənin xanımı – tanınmış türkiyəli jurnalist Əlif Şəfəqin anasının erməni olduğu məlumdur. O, uzun müddətdir ki, "Zaman" qəzetində çalışır.

Onun yazdığı "İstanbul yaramazı" əsəri "erməni soyqırımı"ndan bəhs edir. Bu əsərə görə o, çoxsaylı təzyiqlərə məruz qalıb, hətta Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi (Türk ləyaqətinin təhqir edilməsi) ilə ittiham olunurdu.

Gülən dini icmasının həm Türkiyədə, həm də onun hüdudlarından kənarda KİV-ləri, xəstəxanaları, məktəbləri, universitetləri, fondları, bankları və müəssisələri var.

Fətullah Gülən indi böyük iqtisadi və siyasi fiqurdur. O, hazırki Türkiyə rejimi üçün təhlükə hesab olunur.

Gülən hərəkatının üzvləri demək olar ki, Türkiyənin bütün idarələrində böyük vəzifə tutur. "Böyük rüşvət" zərbəsi də bunun sübutudur.

"News.am" (2014, 4 fevral)

Tarix
2016.10.07 / 16:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla