Yuxarı

Bu gecə ermənilər nə qədər itki verib? – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ ərazisində oktyabrın 6-dan 7-nə keçən gecə Azərbaycan tərəfindən tətbiq edilmiş AOP-17 tipli qumbaraatan olduğu ehtimal edilən mərmi ilə zədələnmiş hərbi maşının şəkillərini yayıb.

Axar.az xəbər verir ki, Nazirliyin mətbuat xidməti Ermənistan ordusunun canlı qüvvə baxımından itki vermədiyini açıqlasa da, Ermənistan sosial şəbəkələrində yayılan xəbərə görə, partlayışdan sonra hadisə yerinə tibbi vertalyot gəlib və yaralılar Cəbrayıl hərbi hospitalına aparılıb.

Belə ki, hazırda hospitalda müalicə olunan qondarma Dağlıq Qarabağ ordusunun əsgəri Araik Sarumyan dünən gecə saatlarında hərbi maşında ağır yaralanan hərbi qulluqçuların hospitala gətirildiyini və onların müalicəsi üçün Ermənistandan kömək istənildiyini bildirib.

Qeyd edək ki, bu gün səhər Dağlıq Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrin birində erməni hərbi qulluqçusu 1996-cı il təvəllüdlü Hayq Levon Hambarcumyan atışma zamanı güllə yarası alıb. Digər itkilər barədə məlumat verilmir. Lakin Ermənistanın "yerkir.am" saytının yaydığı xəbərə görə, yaralılara tibbi yardım göstərmək üçün səhər saatlarında bir qrup həkim Xankəndindki hərbi hospitaldan Cəbrayıl hərbi hospitalına ezam olunub.

Tarix
2016.10.07 / 18:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla