Yuxarı

Bu rayonlarda 406 hərbi sursat aşkarlandı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, bir qoruq ərazisinə və su kanalının yaxınlığında təhlükəli ərazilərə baxış keçiriblər. Baxış zamanı ümumilikdə 406 partlamamış hərbi sursat aşkar edilərək götürülüb, gün ərzində 3650 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan Axar.az-a verilən məlumata görə, Salyan rayonundakı Şirvan Milli Parkında iki partlamamış hərbi sursat - 93 millimetrlik tank əleyhinə "PQ-7VL" raketi və 140 millimetrlik "M-14 OF" raketi aşkar olunaraq götürülüb.

Ağstafa rayonunun Saloğlu qəsəbəsində su kanalının yaxınlığında əraziyə baxış olub. Nəticədə 404 partlamamış hərbi sursat – dörd ədəd 100 millimetrlik "BM-6" top mərmisi, bir ədəd 73 millimetrlik "OQ-9" raketi, bir ədəd "PQ-7" raketinin mühərrik hissəsi, bir ədəd 122 millimetrlik "A-1" top mərmisi, üç ədəd 40 millimetrlik "VOQ-25" qumbarası, üç ədəd siqnal raketi, üç ədəd 12x7 millimetrlik güllə gilizi, 341 ədəd 7x62 millimetrlik güllə, 32 ədəd 5x45 millimetrlik güllə, 16 ədəd tapança gülləsi, 100 və 122 millimetrlik iki top gilizi, bir ədəd güllə darağı (5x45 millimetrlik), bir ədəd "PQ-7" raketinin mühərrikinin qapaq hissəsi və iki ədəd "siqnal minası" aşkar edilərək götürülüb.

Aprelin 7-dən oktyabrın 7-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində, ümumilikdə, 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna, bir qoruq ərazisinə və bir çınqıl karxanasına baxış olub.

Nəticədə 3938 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç "POMZ-2", bir "OZM-72", 2 ədəd "siqnal minası" və tank əleyhinə 42 mina aşkarlanaraq zərərsizləşdirilib.

Tarix
2016.10.07 / 20:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla