Yuxarı

Putini Qarabağ vədindən daşındıran – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Apreldən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Rusiyadan səsləndirilənlər siyasətlə diplomatiyanın qarışığı olan fikirlərdir.

Bu barədə Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloq danışıqlar prosesi ilə bağlı hazırkı durğunluğun səbəblərini açıb:

"Zənnimcə, yaranmış tənəffüsün əsas səbəbi Rusiyanın hərəkətləridir. Moskva Aprel savaşından sonra xeyli vədlər vermişdi. Bunların içərisində Lavrovun dəfələrlə təkrarladığı 5 rayonun geri qaytarılması məsələsi xüsusilə vurğulanırdı. Hətta Ərdoğan Putinlə görüşdən sonra bunu şad xəbər kimi Azərbaycan ictimaiyyətinə çatdırdı. Rusiya isə bu məsələdə minnətlə erməniləri 5 rayonun geri qaytarılmasına güclə razı saldığını bəyan etdi. Əlbəttə, Dağlıq Qarabağın statusu məsələsi ilə əlaqədar Azərbaycanın müəyyən narazılıqları var idi. Görünür, Rusiya nədənsə xoflanaraq əvvəl verdiyi vədləri yerinə yetirməyə tələsmir. Rusiyalı politoloqlar bu ilin sonuna qədər təkcə 5 deyil, daha 2 rayonun geri qaytarılmasını, hətta böyük sülh sazişini belə proqnozlaşdırırdılar. Əlbəttə, bütün bunlar siyasətlə diplomatiyanın qarışığı olan fikirlərdir. Ancaq unutmaq olmaz ki, Rusiyanın yüksək səviyyəli rəsmiləri problemin həllinə dair birmənalı fikirlər səsləndirmişdilər".

Lavrovun oktyabrın 14-də İrəvana gözlənilən səfərinə toxunan politoloq Dağlıq Qarabağ probleminin gündəlikdə olmadığını deyib:

"Dağlıq Qarabağ prosesi ilə bağlı danışıqlarda Rusiyanın hərəkətliliyində müəyyən fasilə yaranıb. Ola bilsin, diplomatik proseslər qapalı formada gedir. Ancaq hər halda ortada həmsədrlərin müəyyən imitasiyasından başqa heç bir şey yoxdur. Bütün bunlar təəssüf doğurur. Türkiyə də bu yaranmış vəziyyətdən xeyli təəccüblənə bilər, çünki türk liderinə də proseslə bağlı ciddi vədlər verilmişdi. Beləliklə, Rusiyanın bilavasitə aktiv olmaması və Amerikada gözlənilən administrasiya dəyişikliyindən dolayı hələ ki, problem yerindən tərpənmir".

Tarix
2016.10.08 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla