Yuxarı

“Azərbaycan yığması indi daha yaxşı komandadı”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qrupumuzun ən güclüsünün Almaniya yığması olduğunu hamı bilir. Onlar səhv buraxmırlar. Odu ki, Almaniyaya məğlubiyyətdə qəbahət görmürəm.

Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç yığmasının müdafiəçisi Veqar Hedenstad deyib.

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan norveçlilər növbəti görüşlərini məhz millimizə qarşı keçirəcəklər.

Ölkəsinin mətbuatına müsahibə verən Hedenstad bu görüşlə bağlı fikirlərini bölüşüb. 25 yaşlı futbolçu millimiz barədə müsbət fikirlər səsləndirsə də, hədəflərinin qələbə olduğunu qeyd edib:

"Seçmə mərhələnin ilk oyunundakı yenilgidən sonra üzərimizdəki təzyiq daha da artıb. Odu ki, dəyişiklik etmək lazımdı. Azərbaycanla oyunda qələbə qazanmaqla, uğursuz tendensiyanı qırmalıyıq. "Qara zolaq"dan çıxmağın ən asan yolu budu. Qalib gəlməyə borcluyuq. Özü də təkcə Azərbaycanı yox, San-Marinonu da məğlubiyyətə uğratmalıyıq. Lakin Azərbaycan yığması əvvəlki seçmə mərhələ ilə müqayisədə indi daha yaxşı komandadı. Bakıda onlara qarşı oynamaq, xüsusilə, çətindi. Odu ki, bizi gərgin qarşılaşma gözləyir. Səfərdə böyük təzyiqlə üzləşəcəyimizi düşünürəm".

Hedenstad yığmada üzləşdikləri təzyiqin onlara problem yaratmayacağını düşünür. Onun sözlərinə görə, Azərbaycanla oyundakı nəticədən çox şey asılıdı:

"Millinin təzyiq altında olması bizim üçün problem deyil. Onsuz da, hər birimiz öz klubumuzda bu təzyiqi hər gün yaşayırıq. İndi gəlmişik ki, qarşıdakı oyunlarda Norveç millisinə kömək edək. Komandanın üzərindəki təzyiqin azalıb-azalmaması məhz qarşıdakı 2 oyundakı nəticələrdən asılıdı. Hazırda özümü yaxşı hiss edirəm. Azərbaycan və San-Marino ilə matçlarda komandama kömək etməyə hazıram".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç matçı saat 20:00-da start götürəcək.

Tarix
2016.10.08 / 16:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla